Stress zamanı yeməkdən uzaq durmaq üçün ÜSUL

11-04-2024, 10:59           
Stress zamanı yeməkdən uzaq durmaq üçün ÜSUL
Çin alimləri stressli zamanlarda qidalanma ilə mübarizə aparmaq üçün yeni üsul kəşf ediblər.Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Chongqing Cənub-Qərb Universitetinin əməkdaşları müəyyən ediblər ki, yaxınlarının dəstəyi stress zamanı normadan çox yeməkdən qaçmağa kömək edəcək.274 nəfərin iştirak etdiyi iki təcrübə aparılıb. Onlar dörd qrupa bölünürdülər: birinci qrup dostlardan, ikinci qrup yadlardan, üçüncü qrup özlərini həvəsləndirən, dördüncü qrup isə, heç bir göstəriş verilməyən insanlardan ibarət olub.Könüllülər stressin tədricən artmasına səbəb olan müxtəlif tapşırıqları yerinə yetirdilər – məsələn, tanış olmayan auditoriya qarşısında çıxış. Bundan sonra onlara yüksək kalorili və o qədər də yüksək olmayan müxtəlif yeməklər seçimi təklif edildi.Birinci qrupdan olan insanlar yeməkləri daha kiçik porsiyalarla qəbul edirdilər, yəni stress zamanı qidaya daha az ehtiyac hiss edirdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru