“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib - FOTO
7-09-2024, 17:59
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Vətən müharibəsində
qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən, Bakı Şəhər İcra
Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun birgə layihəsi
olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ispan dilində
nəşrinin təqdimatı keçirilib. Tədbirdə tanınmış tarixçi-alimlər, dövlət
qurumları və ictimaiyyət nümayəndələri ilə yanaşı İspan dilli ölkələrin
Azərbaycandakı səfirliklərinin məsul əməkdaşları da iştirak ediblər.
Tədbiri açan M.F.Axundov adına Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov bildirib ki müzakirəsi edilən kitabın artıq 8-ci dildə
nəşridir. Kitab 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunub. Kitabın
xüsusi əhəmiyyəti hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql
olunmasıdır.
Müzakirələrdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı
Aparatının şöbə müdiri Elmin İmanov qeyd edib ki, Vətən müharibəsində
qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik
sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Kitabın əsas xüsusiyyəti
Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan,
şəxsiyyət faktoru baxımından nəzərdən keçirilməsindən ibarətdir.
Yekdilliklə bir nəticəyə gəlirik ki, bütün bu uğurların, Şanlı Qələbənin
kökündə şəxsiyyət faktoru - İlham Əliyev fenomeni dayanır.
Daha sonra çıxış edən millət vəkilləri Tahir Rzayev, Anar İsgəndərov,
Aydın Mirzəzadə, Musa Qasımlı, YAP Səbail rayon təşkilatının sədri Muxtar
Nağıyev və digərləri kitabın əhəmiyyətindən danışaraq qeyd etdilər ki, bu
kitab nəinki ölkəmizdə, eləcə də ölkə xaricində Qarabağda baş verən
hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb
olub. Butun bunları nəzərə alaraq kitabın gələcəkdə ali məktəb tələbələri,
mütəxəssislər və alimlər üçün elmi mənbə kimi istifadə olunacağına öz
inamlarını ifadə etdilər.
Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan
Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın azad
edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer
alıb.
Bildirilib ki, bu kitab artıq 8 dildə - Azərbaycan, ingilis, türk, rus, ərəb,
fars və çin dillərində dərc olunub. Bu gün ispan dilində nəşrin təqdimatı
keçirilir və hazırda urdu dilinə tərcümə edilməsi ilə bağlı işlər görülür.