"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

Bu gün, 11:05           
 "Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!
İnnovasiya və sürət lideri "Bakcell" regionun ən böyük innovasiya sammiti olan “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır.
Bu tərəfdaşlıq sayəsində "Bakcell" Azərbaycanda tətbiq etdiyi innovativ texnologiyaları və süni intellekt əsaslı həlləri təqdim edəcək.

"Bakcell"in baş icraçı direktoru Klaus Müller “INMerge” İnnovasiya Sammitində çıxış edəcək.

Sammitdə ölkənin və dünyanın aparıcı şirkətlərinin rəhbər və nümayəndələri, investorlar, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, təqdimatlar və müxtəlif seminarlar keçiriləcək.

Oktyabrın 10-11-i tarixlərində baş tutacaq “INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.