Paytaxt məktəblilərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib

Bu gün, 16:27           
Paytaxt məktəblilərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib
Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə paytaxtın bir neçə orta məktəbinin şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyasi təşkil edilib.
Tədbirin əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkili, həmçinin onların dünyagörüşünü genişləndirilməsi, xalqımızın qədim tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəldilməsi, məktəbliləri muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.
Təcrübəli bələdçilər məktəbliləri muzeyin ekspozisiyası, burada nümayiş etdirilən Azərbaycanın keçmişini özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar və eksponatlarla tanış edib, onların suallarını cavablandırıblar.
Ekskursiya zamanı məktəblilərə Vətən müharibəsindəki Şanlı Qələbəmizə həsr edilən ekspozisiyadakı sənədlər, vətən uğrunda şəhid olan soydaşlarımızın şəxsi əşyaları, müxtəlif hərbi atributlar nümayiş etdirilib. Burada həm də Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının müzakirəsi keçirilib.
Məktəblilər muzeydən xoş təəssüratla ayrılıblar.
Bu kimi tədbirlərin digər məktəblərlə də keçirilməsi nəzərdə tutulub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.