Ermənistanda zəlzələ olub

13-10-2024, 00:14           
Ermənistanda zəlzələ olub
Ermənistanın Cermuk rayonunda (İstisu rayon - red) 21 kilometr şimal-qərbdə zəlzələ olub.

AYNA xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Seysmik mühafizə xidməti yeraltı təkanları yerli vaxtla saat 18:17-də qeydə alıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, yeraltı təkanlar episentrdə 2-3 maqnituda təşkil edib.

Zəlzələ hiss edilib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.