Uzun yaşamaq istəyirsinizsə, bu məhsulları almaqdan çəkinin
18-10-2024, 15:08
İki milyondan çox abunəçisi olan great_life_union Instagram səhifəsində ömrü qısaldan məhsulların adı çəkilib. Foodinfo.az xəbər verir ki, videoda insanlar üçün zərərli olan aşağıdakı məhsullar qeyd olunur. 1. Çipslər; 2. Konservləşdirilmiş yeməklər və kolbasa; 3. Ketçup və mayonez; 4. Hazır əriştə; 5. Şirin qazlı içkilər.Məhz bu məhsullar orqanizm üçün ən təhlükəlidir, çünki onların tərkibində konservantlar, boyalar və tez yağlara çevrilən sürətli karbohidratlar var. Bu məhsullar ateroskleroz, diabet və hipertansiyonun yaranmasına kömək edir.