Bu gün hava necə olacaq

18-10-2024, 07:44           
Bu gün hava necə olacaq
Oktyabrın 18-də

Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında
Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-19° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru