Paytaxtda ağacəkmə aksiyası keçirild

19-10-2024, 18:21           
Paytaxtda ağacəkmə aksiyası keçirild
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Pirallahı qəsəbəsində yol kənarında ağacəkmə aksiyası keçirilib.
Paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır.
Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib.
Qeyd edilməlidir ki, aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru