Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır

Dünən, 16:31           
Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır
2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri keçirilib. Bu seçkilər tarixi, zəfər seçkilər də adlandırılır. Çünki tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilmiş seçkidir. Seçkilərin yekun nəticəsinə əsasən, Prezident İlham Əliyev yenidən Azərbaycanın prezidenti seçildi. Bu, Azərbaycan xalqının öz prezidentinə etimadının, inamının göstəricisidir.
Beləliklə, 2024-cü il 14 fevral tarixində Prezident İlham Əliyevin Milli Məclisdə andı baş tutdu. Bu and Prezidentin bundan sonrakı fəaliyyətinin ədalətli, qərəzsiz, layiqlə yerinə yetirəcəyinin sözüdür, andıdır.
Bu, İlham Əliyevin 20 illik fəaliyyəti dövründə 3-cü andiçmə mərasimidir. 2003 və 2018-ci ildə Prezident and içmə mərasimlərində hər zaman Azərbaycanın inkişafı, tərəqqisi, ərzi bütpvlüy və suverenliyinin bərpasına çalışacağına, öhdəliklərini layiqlə yerinə yetirəcəyinə and içmişdi. Artıq bu gün hər birimiz o andların yerinə yetirildiyinə şahid olduq. Ölkəmiz üçün hər zaman Qarabağ münaqişəsi prioritet olaraq qalırdı. Prezident andiçmə mərasimində müraciətində də ölkəmiz, uğurlarımız, nailiyyətlərimizlə bağlı və bundan sonrakı səlahiyyəti müddətində məqsədlərimiz, gələcək fəaliyyətlər barəsində də məlumatlar vermişdi.
Belə ki, Prezident andiçmə zamanı bir çox məqamlara toxunmuşdur. Bunlardan ən əsası Prezidentin dediyi bu ifadəni diqqətə çatdırmaq istərdim; “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Məlum olduğu kimi İlham Əliyev öz ailəsi ilə birgə doğma torpağımız olan Xankəndi şəhərində səs verdi. Bu böyük əhəmiyyət daşıyır. Çünki Prezidentin də vurğuladığı kimi Azərbaycan xalqına qarşı məkirli planlar məhz Xankəndidə, səsvermənin baş tutduğu binada qurulurdu. Azərbaycanın maliyyəsilə tikilən binada, Azərbaycanın çörəyi ilə qidalanan, böyüyən insanlar ölkəmizə qarşı, ərzi bütövlüyümüzü pozmaq üçü burada təxribatlara əl atırdılar. Lakin, burada başlanılan, qurulan hiylələrə 30 il sonra Prezidentimizin iradəsi, əzmi, üğurlu siyasəti, fəaliyyəti nəticəsində elə Xankəndidə də İlham Əliyev tərəfindən nöqtə qoyuldu. Bu nöqtə nəinki Ermənistana onun havadarlarına, ikili siyasət yeridən, ölkəmizə qarşı qərəzli olan hər bir ölkəyə qarşı açıq mesaj oldu. İlham Əliyev andiçmə mərasimində də qeyd etdiyi kimi, torpaqlarımızın azad olması, münaqişənin sona yetməsi yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməli olduğunu dəfələrlə bəyan etmişdi.
Bu gün verilən sözlər, andlar layiqli şəkildə yerinə yetirildi. Torpaqlarımızı, suverenliyimizi öz gücümüzlə, qan tökərək, şəhid olaraq bərpa etdik. Beynəlxalq hüquq, öhdəliklər yerinə yetirilmədi, Ermənistana təzyiqlər edilmədi, əksinə bəzi ölkələr hər zaman ermənistana qurban kimi yanaşmışdı. Ölkəmizin bir milyona yaxın məcburi köçkünü görməzdən gəlindi. Öz ədalətimizi özümüz bərpa etdik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı, lakin Ermənistan yenə öhdəliklərini yerinə yetirmədi, qansunsuz erməni silahlılarını Qarabağdan çıxarmadı, Ermənistana yenə təzyiqlər edilmədi və nəticədə antiterror əməliyyatları baş tutdu. Bu əməliyyat bir neçə saat ərzində yekunlaşdı və erməni silahlıları tamamilə torpaqlarımızdan çıxarıldı, separatçı rəhbərlər isə həbs edildi. Bütün bu qələbələrə dünya şahidlik etdi və Azərbaycanın gücün, öz məqsədindən geri çəkilməyəcəyinə, təzyiqlərə boyun əyməyəcəyinə əmin oldular. Prezident İlham Əliyevin bu siyasətinin növbəti illər ərzində daha da güclənəcəyinə, ölkəmizin tərəqqisi və inkişafının daha da sürətli baş verəcyini əminliklə deyə bilərik.
Prezident İlham Əliyev andiçmə zamanı daha önəmli bir məqama da toxunub. Belə ki, yetişən gənc nəslin vətənpərvər, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda böyümələrinin önəmini vurğuladı və bu ruhda gənclər yetişdirilməsinin hər zaman vacib olduğunu qeyd etdi. Çünki bizim qalibiyyətlərimiz, torpaqlarımızın azad olması məhz bu ruhda, bu dəyərlərə mənsub ailələrdə böyümələrinin nəticəsidir.
Prezident İlham Əliyev illər ərzində sosial-iqtisadi sahələrdə də baş verən irəliləyişləri qeyd edərək, bundan sonra da ölkəmizin inkişafı, tərəqqisi, yetişən nəslin müasir tələblərə uğun şəkildə, bilikli, savadlı gənclərin yetişdirilməsi üçün mühüm addımlar atılacağını bəyan etdi.
Onu da qeyd edim ki, İlham Əliyevin uğurlu xarici siyasəti nəəticəsində özünün də vurğuladığı kimi Azərbaycan nəinki öz suverenliyini bərpa etməklə, eləcə də müxtəlif təşkilatlara üzv olaraq, sədrlik edərək öz gücünü göstərdi və söz sahibi olan ölkələrdən biri kimi dünyada öz yerini tutdu.
Beləliklə, Prezident İlham Əliyevin növbəti illər ərzindəki fəaliyyətləri ölkəmiz üçün daha böyük uğurlara, inkişafa, region üçün sülhün bərpasına yönəldiləcəyinə və bu yöndə uğurlar əldə edəcəyimizlə əminliklə deyə bilərik və xalq olaraq layiqli, uğurlu prezident seçimimizlə bir daha qürur duyacağımıza əminik.


Gülər Baxışova – filologiya üzrə fəlsəfə doktoru














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.