Səbaildə «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda ənənəvi konfrans keçirildi - FOTOLAR
3-05-2017, 15:05
teref.az- Artıq 2-ci ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir. Ənənəyə çevrilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər.
teref.az xəbər verir ki, konfransların yekunu olaraq Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin direktorlarının qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid elmi praktiki konfrans keçirilmişdir. Qeyd olunmuşdur ki, keçən il keçirilən ilk konfransın nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək kitab şəklində buraxılmış və Milli Azərbaycan Tarixi Muzeyində kitabın təqdimatı olmuşdur.
Səbail rayonu 6 saylı orta məktəb-liseyin 8-ci sinif şagirdləri Zərifə Şahbazzadə və Ömər Eyvazovun sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış etmişlər.
Konfransın işində iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, Ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındaki rolu əvəzolunmazdır.
Bir xöşbəxtlikdir ki, ölkəmizin başında ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub. Bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.
20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tarix konfrasları, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin hazırladıqları monoqrafiyalar komissiya tərəfindən seçilmiş və bu ilin sonunda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti kitab çap olunucaqdır.