Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə yeni park istifadəyə verildi.
10-05-2017, 17:46
teref.az - Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə geniş miqyaslı abadlıq işləri aparılmış, mövcud ağaclar budanmış, aparılmış yenidənqurma işlərindən sonra istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün parkda yeni skamyalar qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmamış, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılmışdır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə 10 may 2017-ci il tarixdə istirahət parkı bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verildi. Bayram tədbirində uşaqlar böyük coşqu ilə mahnılar oxudular, şerlər söylədilər, rəqslər etdilər.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ərazinin sakinləri ilə söhbət aparmış, sakinlər – ağsaqqallar binalarının həyətlərində aparılan abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir.
Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə yeni park istifadəyə verildi.
Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə geniş miqyaslı abadlıq işləri aparılmış, mövcud ağaclar budanmış, aparılmış yenidənqurma işlərindən sonra istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün parkda yeni skamyalar qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmamış, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılmışdır.