Azərbaycan Beynəlxalq Bankına yeni mətbuat xidməti təyin olundu

28-07-2015, 11:43           
Azərbaycan Beynəlxalq Bankına yeni mətbuat xidməti təyin olundu
Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Bu barədə "Report"a ABB mətbuat xidmətinin yeni rəhbəri Yadigar Cəfərli özü məlumat verib.

Y.Cəfərli bu vəzifədə öz işinə başlayıb.

Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.