Badamdarda yeni polis bölməsi açıldı

4-08-2015, 19:12           
Badamdarda yeni polis bölməsi açıldı
Bakıda yeni polis bölməsi yaradılıb. teref.az lent.az-a istinadən xəbər verir ki, yeni fəaliyyətə başlayan 41-ci Polis Bölməsi Səbail rayon Polis İdarəsinin tərkibində yaradılıb. Yeni bölmənin xidməti ərazisi kimi Badamdar qəsəbəsi müəyyən edilib.

Badamdar qəsəbəsi daha əvvəl 8-ci Polis Bölməsinin ərazisi olub.

Qeyd edək ki, yeni yaradılmış bölməyə hələlik rəis təyin edilməyib. Rəis vəzifəsini rəisin müavini, polis polkovnik-leytenantı Kəmaləddin Həmidov icra edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.