İsmayıllıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib.

25-03-2018, 01:04           

Artıq beşinci ildir ki, respublika üzrə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrə maarifləndirici tur-aksiyalar təşkil olunur.
Bu il mart ayının 15-18-də və 26-29-da növbəti tur-aksiya keçiriləcəkdir. Bu ilki tur-aksiyada da məktəblilərimizin fəal iştirakı təmin olunacaqdır.
24 mart 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında “Ölkəmizi tanıyaq” tur- aksiya iştirakçıları ilə Rayon İcra Hakimiyyəti başçısının görüşü keçirilib. Tədbirdə RİH aparatının məsul işçiləri, təhsil işçiləri, valideyinlər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbiri RİH –nin başçısı Mirdaməd Sadıqov açaraq qeyd edib ki, Dövlət başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü, Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşan tur-aksiyalar gənclərin milli-mənəvi tərbiyəsində, dünyagörüşünün artmasında, vətənini daha yaxından tanımasında əhəmiyyətli rol oynayır.
Digər çıxışçılar-RTŞ-nın müdiri Rasim Orucov, RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, Təzəkənd məktəbinin XI sinif şagirdi Gülsüm Əsgərli və valideyin Ramil Dadaşov qeyd ediblər ki, belə genişmiqyaslı tədbirin təşkilində ümdə məqsəd yetişməkdə olan gənc nəslin nümayəndələri kimi şagirdləri son illər dinamik inkişaf edən respublikanın müxtəlif bölgələrinin sosial həyatı, tarixi-mədəni irsi, adət-ənənələri və spesifik xüsusiyyətləri ilə tanış etməkdən ibarətdir.
Sonda tur-aksiya iştirakçıları ilə xatirə şəkilləri çəkilib.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.