POLİSLƏR SAKİNLƏRİN KÖMƏYİNƏ GƏLDİLƏR

8-08-2018, 21:20           
POLİSLƏR SAKİNLƏRİN KÖMƏYİNƏ GƏLDİLƏR
Teref.info - Avqustun 8-də səhər saatlarında Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib. Hadisə yerində Quba Rayon Polis Şöbəsinin, FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında fəal iştirak ediblər.
Alpan kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Digər kəndlərdə alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru