Mir Cəlal küçəsindəki parkda Həvəskarlar arasında NƏRD yarışı keçirilmişdir

8-08-2018, 21:26           
Mir Cəlal  küçəsindəki parkda Həvəskarlar arasında NƏRD yarışı keçirilmişdir
Ahıllara və müharibə veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin təşkil edilib keçirilməsi davam edir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha qoca və ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları iştirak etmişdilər. Nərd yarışı Mir Cəlal küçəsindəki parkda təşkil edilmişdir.
Qeyd edək ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün parkda söhbətgahlar, skamyalar qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır.
Sakinlərin asudə vaxtlarının rahat, maraqlı və səmərəli keçirilməsi, istirahət etmələri üçün hər cür şərait yaradılmış parkda Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev Nərd yarışının iştirakçılarını oyunun Əsasnaməsi ilə tanış etmiş və yarışa start vermişdir.
Veteranların iştirakı ilə 2 saat davam edən yarışın qalibləri Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla mükafatlandırılmışlar.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.