Nəsimi rayon məktəbliləri «Mirvari» gəmisində dəniz səyahətinə çıxdılar
17-08-2018, 18:01
Teref.az Ümummilli lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Bu gün dövlətimiz hər bir Azərbaycan uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Teref/az xəbər verir ki, yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.Yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün keçirilən silsilə tədbirlər davam edir. Növbəti tədbir Nəsimi rayon İcra Hakimiyyəti ilə Dənizkənarı Bulvar idarəsinin birlikdə təşkilatçılığı ilə uşaqlar üçün Xəzər dənizində gəmi gəzintisi təşkil olunmuşdur.
Dəniz səyahətində rayon məktəblərinin təhsildə və idmanda fərqlənən,şəhid və veteran ailələrindən, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrdən olan bir qrup məktəblinin müasir «Mirvari» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Qeyd olunmalıdır ki, uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdılar və bu onların böyük sevincinə səbəb olmuşdur. Nəsimi rayon İcra Hakimiyyətinin və Dənizkənarı Bulvar idarəsinin əməkdaşları uşaqlarla səmimi söhbət edərək dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahərləri istiqamətində görülən işləri qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışmışdır.
Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər.Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunmuş, daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər. Uşaqlar həmçinin Milli parkdakı əyləncəli qurğulardan da istifadə edərək əyləndilər. Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər
buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.