Mübarizə tədbirləri səngimir

28-08-2018, 22:36           
Mübarizə tədbirləri səngimir
Teref.az - DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Quba şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Məlikov saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə Rauf Məlikovun üzərinə baxış keçirilən zaman onun əlindəki sellofan torbada ümumi çəkisi 200 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Xaçmaz rayon İdrisoba kənd sakini, əvvəllər məhkum olunmuş Elman Çobanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 3,147 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.