Onlardan biri əməliyyat yerinə yetirərkən qətlə yetirilib.
Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki komandiri Farşad Qasunizadə və Həmid Moxtarbans öldürülüb.
teref.az yazır ki, Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, Saberin SEPAH-ın keçmiş komandiri polkovnik Qasunizadə əməliyyat yerinə yetirərkən - İŞİD terror qruplaşmasına qarşı döyüşən Suriya qoşunlarına məsləhət xidmətlərinin təmin edilməsini həyata keçirərkən öldürülüb.
Bundan əvvəl, İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksəkrütbəli zabitlərindən biri general-leytenant Hüseyn Həmədani də Suriyada öldürülmüşdür.
H.Həmədaninin oktyabrın 8-də Hələb şəhəri ətrafında məsləhət tapşırığını yerinə yetirərkən İŞİD terrorçuları tərəfindən qətlə yetirildiyi bildirilir.