Belçika, Niderland və Fransada alban mafiyasının 60-dan çox üzvü həbs olunub
7-04-2019, 09:08
Belçika, Niderland və Fransada 60-dan çox insan narkotik vasitələrin satışı və qeyri-leqal miqrasiyanın təşkili üzrə ittihamlarla həbs edilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mafiya ilə Mübarizə üzrə İdarəsi məlumat yayıb.
"Təhlükəli alban cinayətkar qruplaşması bütün Avropa üzrə hərəkət edirdi", - deyə idarə qeyd edib. Əməliyyatda eyni vaxtda İtaliya da daxil olmaqla, 4 ölkədən 600-dən çox polis əməkdaşı iştirak edib. Əməliyyatın son hissəsi aprelin 3-dən 5-dək keçirilib.
Əməliyyat zamanı 61 nəfər həbs edilib. Onlar arasında İtaliyanın Belçikada yaşamış 8 vətəndaşı da var.