Savaş qızışır: Haftarın mövqeləri bombardman edildi

7-04-2019, 18:30           
Savaş qızışır: Haftarın mövqeləri bombardman edildi
Liviya hökumətinin hərbi dəstələrinə məxsus döyüş aviasiyası Liviya Milli Ordusuna aviazərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” televiziyası məlumat yayıb. Aviazərbələr Liviya Milli Ordusunun Tripolidən 80 kilometr cənubdakı mövqelərinə endirilib.

Qeyd edək ki, bundan öncə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoliyə hücum edib. Hücum nəticəsində Tripolinin cənub-qərbi və Qaryan şəhəri ələ keçirilib.

Hücumdan dərhal sonra Faiz Saracın rəhbərlik etdiyi Liviya Milli Hökumətinin nümayəndələri Tunisə qaçıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru