Böyük Britaniyanın gələcək kralı, şahzadə Henrinin həyat yoldaşı Meqan Markl yenidən qalmaqal yaradıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 6 aylıq hamilə olan Meqan kraliça II Yelizavetanın həkimlərindən imtina edərək övladını öz seçdiyi həkimlərin yanında dünyaya gətirəcəyini bildirib. Bu addım "Meqan kraliçanın həkimlərini bəyənmədi" başlığı ilə dünya mediasında gündəm olub.