Kremlin ən amansız tənqidçisi “StalinGulag” anonimliyinə son qoyub: Kim olsa yaxşıdır?
4-05-2019, 11:58

BBC radiosu Rusiyanın ən populyar Telegram-bloqqer, “StalinGulag” səhifəsinin sahibi ilə görüşməyə nail olub. Kanalın sahibi lap bu yaxınlara qədər anonim olub. Ona rica edəndə ki, özünü təqdim etsin – o deyib ki, mənim adım Aleksandr Qorbunovdur, “Mən “Stalinqulaq”-ın müəllifiyəm.
Qorbunovun 27 yaşı var, o asta səslə danışır. Oxumuş, təhsilli, Avropa universitetlərinin professorları kimi geyinir. Özündən əmin və təmkinli adam təsiri bağışlayır.
Onun Telegram-kanalında isə tamam əks bir obraz var. Orda hər gün ən azı 69 dəfə söyüş saymaq olur. Jurnalistlə söhbətində isə o bircə kəlmə də söyüş işlətmədi.
“StalinGulag” səhifəsinin 300 min izləyicisi var və Rusiyanın ən populyar Telegram-kanalıdır. Qorbunov öz kanalında rus reallığını mütəmadi tənqid edir, siyasətçi Aleksey Navalniy isə 2017-ci ildə onu ölkənin əsas siyasi köşə yazarı adlandırmışdı.
Qorbunov ölkənin ən ziddiyyətli və ən populyar Telegram-kanalının sahibi olduğunu etiraf etməzdən öncə uzun müddət tərəddüt edib.
“StalinGulag”ın bu yaxınlarda əsas mövzuları Şimali Koreya Lideri Kim Çen Inın Rusiya səfəri, hakimiyyətin 5G texnologiyası ilə tanışlığı, Ukraynada prezident seçkiləri və Rusiyanın ispan vetçinası və pendirinin idxalına qadağa qoymasıdır.
Aleksandr Qorbunov kanalında tez-tez gündəlik həyatın сəfəng və ədalətsiz olduğunu vurğulayır.