Lukaşenko bir həftədə ikinci yüksək vəzifəli məmuru rüşvətə görə tutdurdu

4-05-2019, 19:34           
Lukaşenko bir həftədə ikinci yüksək vəzifəli məmuru rüşvətə görə tutdurdu
Belarusun “Beltelekom” dövlət operatorunun baş direktoru Sergey Sivodedova qarşı cinayət işi açılıb.

Bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Sivodedov Rusiya vətəndaşından ölkəyə telekommunikasiya qurğularının tədarükündə yardım üçün rüşvət almaqda ittiham olunub. Onun Rusiya vətəndaşından 15000 avro əldə etdiyi bildirilib. Açılan cinayət işiylə əlaqədar Sivodedovun Minskdəki üç mənzilinə və bir villasına həbs qoyulub.

Qeyd edək ki, bu, son bir həftə ərzində Belarusda cinayət işi açılan ikinci rəsmi şəxsdir. Bundan öncə Belarus Təhlükəsizlik Şurasının üzvü və Lukaşenkonun keçmiş mühafizə rəisi həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru