Almaniyada şiddət hazırlığında olan “Neonazi”lərin sayı bilinib

5-05-2019, 08:47           
Almaniyada şiddət hazırlığında olan “Neonazi”lərin sayı bilinib
Almaniyanın Federal Daxili İşlər Nazirliyi ölkədə şiddət və təxribat xarakterli hadisə törətmək hazırlığında olan nasistlərin (“Neonazi”) sayı ilə bağlı açıqlama verib. AzEuroNews.com xəbər verir ki, nazirlik müxalifətdəki FDP-nin soğrusuna cavab olaraq bildirib ki, hüquq mühafizə orqanları ölkədə 24 min “Neonazi”nin olduğunu müəyyən edib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, onlardan 12700-nün silahlı olduğu və hər an hansısa bir şiddət və ya təxribat xarakterli hadisə törətməyə hazır olduqları müəyyən edilib.

FDP-dən olan deputat Konstantin Kuhle açıqlamasında bildirib ki, “Neonazi”lər internet və sosial şəbəkələrdə çox aktivdirlər.

“Onlar irqçi paylaşımlar edərək gəlmələrə qarşı kin və nifrətin yaranmasında çalışırlar. Mənə elə gəlir ki, bu şəxslərin internetdə fəaliyyətilərinə hüquqi qiymət vermək üçün yeni bir qanuna ehtiyac var”- deyə deputat K.Kuhle vurğulayıb.

Məlumat üçün bildirək ki, “Neonazi”lər 1 May Zəhmətkeşlər Günü münasibəti ilə Plauen şəhərində yürüş keçiriblər. Yürüşdə iştirak edənlər əsasən irqçi “Üçüncü yol” təşkilatının üzvləri olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru