ABŞ "Abraham Lincoln" aviadaşıyıcısını siqnal üçün İran sahillərinə göndərir

6-05-2019, 07:08           
ABŞ "Abraham Lincoln" aviadaşıyıcısını siqnal üçün İran sahillərinə göndərir
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Amerika aviadaşıyıcısının İran sahillərinə yola düşdüyünü bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Onun sözlərinə görə, Amerika aviadaşıyıcısı və operativ bombardmançı qrupu İrana qarşı "amansız güc" tətbiq etməyə hazırdır.

Bolton əlavə edib ki, ABŞ İrana "aydın və səhvsiz siqnal" göndərir.

O həmçinin qeyd edib ki, Vaşinqton Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına hücumlarına cavab verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru