Fransa deputatları Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini qəbul ediblər

11-05-2019, 07:52           
Fransa deputatları Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini qəbul ediblər
Fransa Milli Məclisi (parlamentin aşağı palatası -red) ötən ay yanğından zərər çəkmiş Notr-Dam kilsəsinin bərpası haqqında qanun layihəsini bəyənib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" bildirib.

Məlumata görə, qanun layihəsi 13 saatlıq müzakirədən sonra parlament üzvləri tərəfindən qəbul edilib. Bundan sonra o, Senatın mayın 27-də baş tutacaq müzakirəsinə göndəriləcək.

Qanun layihəsində xüsusi halda söhbət kilsənin təmirinə ianələr bağışlayacaq insanlara vergi güzəştlərinin edilməsindən gedir. Qanun layihəsi kilsənin təmirinə yığılmış vasitələrin xərclənməsi üçün nəzarət üzrə xüsusi komitənin yaradılmasını nəzərdə tutur.

Notr-Dam kilsəsində yanğın aprelin 15-də, axşam saatlarında baş verib. Yanğınsöndürənlər alovu yalnız növbəti gün tamamilə söndürməyə nail olublar.

Fransa paytaxtında yerləşən Notr-Dam kilsəsinin yanmasına qısa qapanmanın səbəb olduğu ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru