Qədim daşın üzərindəki mətni oxuyana mükafat vəd edilib

12-05-2019, 08:42           
Qədim daşın üzərindəki mətni oxuyana mükafat vəd edilib
Fransanın Bretan regionunda tapılan qədim tarixə malik daşın üzərində yazıları hələ də heç kim oxuya bilmir.

ONA-nın yazdığına görə, hərflərin çoxu latın əlifbasına aiddir, bəzi işarələrin isə alt-üst yazıldığı diqqət çəkir. Mütəxəssisləri də çətinə salan məhz budur.

Yazının mənasını başa düşə bilməyən yerli alimlər bunun qədim breton və yaxud Bask dilində olduğunu ehtimal edir.

Digər mütəxəssislər isə onun savadsız insan tərəfindən yazıldığını düşünür.

Mətndə qədim skandinav əlifbasına bənzəyən simvollara da rast gəlinir.

20 sətirdən ibarət mətnin 230 il əvvəl yazıldığı güman olunur.

Qeyd edək ki, cızılmış yazını oxuya bilən şəxsə pul mükafatı vəd edilib. Bunun üçün müsabiqə də elan edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru