Mayk Pompeo və Səudiyyə şahzadəsi Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edib

19-05-2019, 09:23           
Mayk Pompeo və Səudiyyə şahzadəsi Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edib
ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

Bu barədə "Report" "Al Arabiya"ya istinadən xəbər verir.

Bildirilir ki, tərəflər Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. ABŞ rəsmisi və Səudiyyə Ərəbistanının varis şahzadəsi həmçinin regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi mövzusu ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücum olub. Hücumdan sonra əsas kəmər vasitəsilə neftin nəqli dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru