İranda məmurların qohumları ölkədən qaçır – Xarici mətbuat

20-05-2019, 07:04           
İranda məmurların qohumları ölkədən qaçır – Xarici mətbuat
“Sky News Arabia” telekanalını xəbərinə görə iranlılar ABŞ-ın “mümkün zərbələrindən” qorxaraq ölkəni tərk etməyə başlayıb. Telekanal iddia edir ki, onlarla ailə İranı tələsik tərk edib və İraqa keçib. Onlar Bağdad ətrafındakı qəsəbələrdən birində məskunlaşıblar. “Onların arasında İran hakimiyyətinin rəsmi şxslərinin qohumları da var”,- məlumatda deyilir.
Digər məlumata görə “Exxon Mobil” şirkəti İraqdakı işçilərini evakuasiya edib. Evakuasiya mayın 16-də başlayıb və iki mərhələdə olmaqla 18-də başa çatıb. Təxminən 60-a yaxın neftçinin evakuasiya edildiyi bildirilir. Bu evakuasiya ABŞ-ın İrandan yarana biləcək təhdidlə bağlı etdiyi xəbərdarlıqdır. Vaşinqton İraqdan diplomatların və onların ailələrinin evakuasiyasını elan edib və bildirilir ki, bu İranla müharibənin yaxınlaşdığını göstərən əlamətdir.
Xatırladaq ki, ABŞ Yaxın Şərq regionuna təyyarədaşıyan, bombardmançılar və desant gəmiləri göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru