Zənginlər ölkədən 30 milyard çıxarıb: Hökumət təşvişdə

20-05-2019, 15:58           
Zənginlər ölkədən 30 milyard çıxarıb: Hökumət təşvişdə
İran hökuməti ixracatdan əldə olunan 30 milyard dollar həcmində məbləği ölkə xaricində saxlayan iş adamlarını məhkəməyə verəcək.
Bu barədə İran İqtisadiyyat və maliyyə naziri Fərhad Dəcpəsənd danışıb. İran Məclisi Xəbər Agentliyinə (ICANA) açıqlama verən nazir bildirib ki, 30 milyard dolları ölkəyə gətirməyən iş adamlarının siyahısı hazırdır və onlar Mərkəzi Bank tərəfindən məhkəməyə veriləcək.

Qeyd edək ki, İran Sənaye, mədən və ticarət nazirinin müavini Hüseyn mir Şücaiyan qeyri-neft məhsullarının ixracından 40 milyard dollar əldə olunduğunu, bu məbləğin 30 milyard dollarlıq hissəsinin ölkəyə gətirilmədiyini açıqlamışdı.

Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru