ABŞ-ın döyüş gəmiləri HƏRƏKƏTƏ KEÇDİ - Ölkə TƏŞVİŞDƏ

20-05-2019, 16:12           
ABŞ-ın döyüş gəmiləri HƏRƏKƏTƏ KEÇDİ - Ölkə TƏŞVİŞDƏ
ABŞ donanmasına aid “Preble” lazerli raketdaşıyan döyüş gəmisi Cənubi Çin dənizində qadağan olunmuş bölgəyə girib.

Publika.az xəbər verir ki, gəmi Skarboroq adası yaxınlığından keçib.

Bu hadisənin ABŞ-Çin arasında ticarətlə bağlı gərginliyin pik həddə çatdığı vaxtda baş verməsi Vaşinqtonun qarşı tərəfə xəbərdarlığı kimi dəyərləndirilib.

Qeyd edək ki, mayın əvvəllərində ABŞ-a aid iki döyüş gəmisi Spartli adasının 12 km yaxınlığından keçmişdi. Çin bir ay içində bir neçə dəfə təkrarlanan bu hadisəni ABŞ-ın təxribatı adlandırıb və ölkənin suverenliyinə təhdid kimi şərh edib.

Çin Xarici işlər nazirinin mətbuat katibi Lu Kanq Cənubi Çin dənizində neft və təbii qaz yataqlarının yaxınlığındakı adalarda haqqı olduğunu iddia edən Vytenam, Filippin adaları, Malayziya, Bruney və Tayvana göndərdiyi məktubunda Çinin qanuni haqlarına və suverenliyinə hörmətlə yanaşılmasını tələb etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru