Rusiya SSRİ-də hazırlanmış layihəyə qayıdır

5-08-2019, 12:47           
Rusiya SSRİ-də hazırlanmış layihəyə qayıdır
Rusiya hökuməti sahibkarları ofislərdə tibbi məntəqələri açmağa təşviq edəcək.

FaktXəbər-in məlumatına görə, bu barədə bazar ertəsi "İzvestiya" qəzeti Səhiyyə Nazirliyinin iclas protokollarına istinadən yazıb.

Nəşrin yazdığına görə, 20 avqusta qədər Səhiyyə Nazirliyi əlaqədar quumlarla birlikdə Nazirlər Kabinetinə təkliflərini verəcək. Bildirilir ki, sözgedən məntəqələrin açılması ilə əlaqədar işəgötürənlərin xərclərinin kompensasiyası da nəzərdə tutulub.

Tibb məntəqələrinin açılmasında məqsəd tibbi xidmətə çıxışı asanlaşdırmaqdır.

Qeyd edək ki, sözügedən sistem SSRİ-də inkişaf etdirilmişdi. İlk tibbi yardım göstərməyə, növbədən əvvəl və sonra müayinələr aparmağa imkan verirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru