Almaniyanın bir ildə itirdiyi meşə ərazisi açıqlandı – Fotolar

6-08-2019, 07:31           
Almaniyanın bir ildə itirdiyi meşə ərazisi açıqlandı – Fotolar
Almaniyanın bir ildə itirdiyi meşə ərazisi açıqlanıb. AzEuroNews.com xəbər verir ki, 2018-ci ildə Almaniya 110 min hektar meşə ərazisini itirib.

Aparılan araşdırmalara görə, Almaniyada meşə ərazilərinin itirlməsi əsasən yanğın hadisələri ilə bağlı olub. Məslən, bu ilin iyun ayında Jüterborg şəhərində 770 hektar meşə ərazisi yanıb. Üç gün davam edən yanğın güclə söndürülüb.


Eyni zamanda son illər Almaniyada suburbanizasiya prosesinin artması meşə ərazilərinin itirilməsi ilə nəticələnib.

Araşdırmalara görə, Berlin, Düsseldorf, Hamburq, Münhen kimi şəhərlərdən köçüb Almaniyanın ucqar dağ qəsəblərində köçənlərin sayı artıb.


Hazırda federal hökumət meşə ərazilərinin qorunması ilə bağlı böyük layihələr həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru