Macarıstan 3 uşağı olacaq ailələrə 31 min avro verəcək

6-08-2019, 07:32           
Macarıstan 3 uşağı olacaq ailələrə 31 min avro verəcək
Macarıstan hökuməti bundan sonra 3 uşaq sahibi olacaq ailələrə 31 min avro ödəyəcəyi ilə bağlı qərar qəbul edib. AzEuroNews.com xəbər verir ki, buna səbəb Macarıstanda artan demoqrafik böhrandır. Ölkədə yaşlı əhalinin artması fonunda şirkətlər və dövlət müəssiəsələri işçi tapmağa çətinlik çəkirlər.

Hökumətin yardım paketində nəzərdə tutulub ki, 3 uşaq sahiblərinə geri ödəniş olmadan 31 min avro kredit ayrılsın.

Bəzi ekspertlər hesab edir ki, bu Macarıstan üçün çıxış yolu deyil. Ölkə Almaniya və digər Avropa dövlətləri kimi qaçqın siyasətinə yenidən baxmalıdır.

Məlumat üçün bildirək ki, Macarıstan digər Avropa Birliyi ölkələrindən fərqli olaraq qaçqınlara münasibətdə ən radikal qərarlar qəbul edən ölkələr sırasında birincidir.

Təsadüfi deyil ki, son illər bu ölkəyə bu siyasəti səbəbidən bir neçə dəfə xəbərdarlıq edilib.

Macarıstan qəbul etdiyi qaçqınlarla da qeyri-insani rəftar edir. Hətta Dublin proseduru ilə bağlı qəbul etdiyi əcnəbiləri həbsxana tipli mərkəzlərdə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru