Kremldəki gizli olaylar: Putin erasının sonu - KİV

7-08-2019, 09:49           
Kremldəki gizli olaylar: Putin erasının sonu - KİV
Rusiyanın xarici siyasətindəki vacib uğurlara baxmayaraq, Kremldəki gizli hadisələr göstərir ki, bu ölkə əvvəlki kimi “ayağı palçıqlı” gücdür.

Axar.az xəbər verir ki, bu iddia ilə Avstriyanın “Der Standard” qəzetinin yazarı Paul Lendvay çıxış edib.

“Putin çalışır ki, özünün güclü olduğu və Rusiyanı idarə etdiyinə dair təəssürat yaratsın. Lakin dövlət aparatının daxilində hər zaman maraqların konflikti və hakimiyyət uğrunda mübarizə olub. ABŞ-ın Rusiya üzrə ekspertləri artıq Putin erasının qürubu haqqında danışırlar. Rusiya zəifləyir, lakin buna görə Qərb üçün hələ də təhlükə olaraq qalır.

Putinin Krımla bağlı uğurundan sonra artan populyarlığı keçənilki təqaüd reformları nəticəsində praktik olaraq tam məhv oldu. 25 yaşından 35 yaşına qədər olan gənc nəsil artıq daha çox bahalı qlobal güc ambisiyalarından imtina edirlər”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru