Gürcüstanda dövlət bayraqları endirilib

8-08-2019, 08:11           
Gürcüstanda dövlət bayraqları endirilib
Gürcüstanda 2008-ci ilin avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı olaraq bütün dövlət qurumlarında bayraqlar endirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Prezident sarayı, hökumət administrasiyası, Parlament binası və digər dövlət idarələrində bayraqlar saat 00:00-a qədər endirilmiş vəziyyətdə saxlanılacaq.

2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Müharibədə 170 gürcü hərbçi, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı, 224 dinc sakin həlak olub, 2 min 232 nəfər isə yaralanıb. Beş günlük müharibə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalı ilə nəticələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru