Pakistan Hindistandan səfirini geri çağırmağı tələb etdi

8-08-2019, 09:54           
Pakistan Hindistandan səfirini geri çağırmağı tələb etdi
Pakistan Hindistandan İslamabaddakı səfirini geri çağırmağı tələb edib.

Qaynarinfo xəbər verir ki, Pakistan Milli Təhlükəsizlik Şurasının iclasında Hindistanla diplomatik əlaqələrin zəiflədilməsi, ticarətə məhdudiyyətlər tətbiq etmə barədə qərar qəbul edilib. Rəsmi İslamabad Hindistana səfir göndərməkdən imtina edib, həmçinin bu ölkədən səfirini geri çağırmağı istəyib.

Qeyd edək ki, Hindistan ötən günlərdə Cammu və Kəşmirin muxtariyyət statusunu ləğv edib. Kəşmir hər iki ölkə arasında mübahisəli ərazi hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru