Rusiyada növbəti DƏHŞƏTLİ PARTLAYIŞ - Çox sayda ölü və yaralı var

8-08-2019, 15:47           
Rusiyada növbəti DƏHŞƏTLİ PARTLAYIŞ - Çox sayda ölü və yaralı var
Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhərindən 30 kilometr məsafədə yerləşən hərbi hissənin ərazisində güclü partlayış baş verib.

Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 2 nəfər həyatını itirib. 15-ə qədər yaralı var. Dərhal əraziyə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib. Hadisənin səbəbləri barədə məlumat yoxdur.

Xatırladaq ki, 3 gün əvvəl Krasnoyarsk vilayətində yerləşən Açinsk şəhərindəki hərbi hissədə də güclü partlayışlar baş verib. Artilleriya silahlarının saxlanıldığı anbarda qeydə alınan partlayışlardan sonra güclü yanğın başlayıb. Ölən və xəsarət alanlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru