Atambayevin malikanəsinə yeni hucum başladı - Milli Təhlükəsizlik Komitəsinin sədri: “İşi sona çatdırmalıyam!”

8-08-2019, 19:04           
Atambayevin malikanəsinə yeni hucum başladı - Milli Təhlükəsizlik Komitəsinin sədri: “İşi sona çatdırmalıyam!”
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin malikanəsinə polis qüvvələri 3-cü dəfə hücum edib.

Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, polis gücləri artıq Koy-Toş kəndindəki malikanənin həyətinə daxil olub. Paytaxt Bişkekdən kəndə polislə dolu 3 yük maşını, 5 avtobus və 2 mikroavtobus gedib.

Almazbek Atambayevin 400-ə qədər tərəfdarı polisə daş və "Molotov kokteyli" ataraq, müqavimət göstərir. Eks-prezident tərəfdarlarının 50-yə qədər odlu silaha sahib olduğu da məlumdur.

Bu arada Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev ötən gün keçirilən əməliyyatın uğursuz başa çatmasına görə istefa ərizəsi yazsa da, prezident Soorunboy Jeenbekov bu istefanı qəbul etməyib.

“Biz hücuma davam edəcəyik. İşi sonuna çatdırmalıyam”-deyə istefasının bir addımlığında olan nazir deyib.

Prezident Soorunboy Jeenbekov isə Almazbek Atambayevin şahid kimi deyil, təqsirləndirilən şəxs kimi istinatqa cəlb olunacağını söyləyib. Onu sözlərinə görə, silahlı müqavimətin göstərilməsi ağır cinayət faktıdır.

Xatırladaq ki, ötən gündən bəri qeydə alınan toqquşmalarda 1 nəfər ölüb, 79 nəfər – o cümlədən 27 xüsusi təyinatlı yaralanıb. Ötən gün girov götürülən 6 xüsusi təyinatlının da azadlığa buraxıldığı məlumdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.