8 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarıldı

9-08-2019, 17:52           
8 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarıldı
Bu ilin yanvar-iyun aylarında Gürcüstandan 18 ölkədən olan 41 əcnəbi vətəndaş çıxarılıb.

Teref.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hesabat dövründə 8 Azərbaycan, 6 İran, 5 Misir, 4 Türkiyə vətəndaşı Gürcüstandan çıxarılıb.

Əcnəbi vətəndaşlar arasında Anqola, Hindistan, İraq və Nigeriyadan hər birindən 2 vətəndaş, Kanada, Keniya, Özbəkistan, Ukrayna, Banqladeş, Konqo, Mərakeş, Nepal, Pakistan və Haitidən hər birindən 1 vətəndaş da var.

Statistikaya əsasən, qonşu ölkədən çıxarılan əcnəbilər arasında 26-40 yaş arası kişilər üstünlük təşkil edir./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru