Keçmiş silahdaşı İvanişviliyə qarşı hərəkat yaradır

13-08-2019, 17:03           
Keçmiş silahdaşı İvanişviliyə qarşı hərəkat yaradır
Yalnız azad, gənc insanların ittifaqı güclü ölkə yarada bilər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu öz Facebook səhifəsində “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze yazıb.

O özünün yeni hərəkatını sentyabrda yaradacağını və “Layiqli Gürcüstan üçün” adlandıracağını bildirib: ““Əgər güclü Gürcüstan qurmaq istəyiriksə, xalqa öz ləyaqətini qaytarmalıyıq". Bu, Georgi Çkondidelinin sözləridir və biz məhz xalqın ləyaqətini geri qaytarmaqdan başlamalıyıq”.

Qeyd edək ki, Xazaradze bundan öncə gürcü oliqarx Bidzina İvanişvilinin müttəfiqi olsa da, sonradan İvanişvili ona qarşı təzyiqləri gücləndirib. Nəticədə Xazaradzeyə qarşı cinayət işi açılıb və onun ölkəni tərk etməsi qadağan edilib. Xazaradze bunun ardınca bəyanat yayaraq, İvanişviliyə qarşı mübarizə üçün yeni hərəkat yaradacağını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru