Polşanın müdafiə naziri ölkədəki əsgər sayını iki qat artırmaq istəyir

14-08-2019, 04:19           
Polşanın müdafiə naziri ölkədəki əsgər sayını iki qat artırmaq istəyir
Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak ölkədə hərbçilərin sayının iki dəfə artırılmasına ehtiyac olduğunu bəyan edib.

"Report" “Ukrinform” saytına istinadən xəbər verir ki, nazir bildirib ki, hazırda Polşa ordusunda yüz min hərbçi yerinə iki yüz min hərbçi olmalıdır. “Mən əminəm ki, Polşa ordusunda daha çox əsgər olmalıdır, çünki bu təhlükəsizlik üçün zəmanətdir”.

Bununla əlaqədar müdafiə naziri vurğulayıb ki, onun əsas prioriteti hərbçilərin sayını artırmaqdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ əsgərlərinin Polşada təlim keçəcəyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru