Rusiyanın Tu-160 strateji raketdaşıyanları ABŞ-ın “burnunun ucunda”...
15-08-2019, 00:05
Rusiyanın iki Tu-160 strateji raketdaşıyanı Çukotka yarımadasındakı Anadır aerodromuna enib. Bu aerodrom ABŞ sərhədlərinin bilavasitə yaxınlığındadır. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, raketdaşıyankların heyəti yerə enmədən 6 min kilometrdən çox məsafə qət ediblər, uçuş səkkiz saatdan çox çəkib. Tədbir planlaşdırılmış taktiki-uçuş təlimləri çərçivəsində həyata keçirilib. Təlimlərə uzaqmənzilli aviasiyanın komandanı, general-leytenant Sergey Kobılaş rəhbərlik edir. Təlimlərə 10 Tu-160, Tu-95MS və İL-78 təyyarələri cəlb olunub. Məqsəd təyyarələrin əməliyyat aerodromlarına yerdəyişməsini və havada yanacaq doldurulmasını sınaqdan keçirməkdir.
Tu-160 səsdən iti uçan və qanadlarının dəyişkən geometriyasına malik olan strateji bombardmançı-raketdaşıyandır. Nüvə başlıqlı raketlərlə silahlanıb və dünyada səsdən iti uçan ən iri döyüş təyyarəsidir.