Hamı bu pilotun qəhrəmanlığından danışır – VİDEO

15-08-2019, 16:01           
Hamı bu pilotun qəhrəmanlığından danışır – VİDEO
Rusiyada Ural Airlines şirkətinə məxsus təyyarə Moskva yaxınlığında fermer sahəsinə qəza enişi edib, beş uşaq daxil olmaqla 23 nəfər xəstəxanaya yerləşdirilib. Şirkətin avqustun 15-də yaydığı açıqlamada bildirilir ki, Airbus A321 təyyarəsi Jukovski aeroportu yaxınlığındakı qarğıdalı sahəsinə enməli olub. Belə ki, bir dəstə quş təyyarənin mühərrikinə çırpılıb.

Ural Airlines şirkətinin təyyarəsini qarğıdalı tarlasına sağ-salamat endirmiş ekipajı qəhrəman kimi alqışlayırlar. Təyyarədəki 233 nəfərdən ölən olmayıb, Səhiyyə Nazirliyi 23 nəfərin xəsarət aldığını bildirir.

TASS və Interfax isə adını çəkmədiyi mənbələrə istinadla 226 sərnişindən 55-nin və yeddi ekipaj üzvünün xəsarət aldığını xəbər verir. Təyyarə yerə enən kimi mühərriklərinin ikisi də sönüb.

Rusiya mülki aviasiya idarəsinin sözçüsü Yelena Mixiyeva təyyarənin mühərriklərinin ekipaj tərəfindən söndürüldüyünü bildirib. ​“Xəsarət alanlara tezliklə sağalmağı arzulayır, qəhrəman pilotlarımızı isə adamların həyatını xilas etdiyinə və təyyarəni endirdiyinə görə təbrik edirik”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Bəziləri bu insidenti U.S. Airways-in 1549 saylı uçuşu zamanı yaşanmış hadisəyə bənzədirlər. 2009-cu ildə pilotlar təyyarəni Hudzon çayına endirməli olmuşdular. Ural Airlines-ın məlumatına görə, pilotun 3 min saatdan çox uçuş təcrübəsi var.

Sosial şəbəkədə yayılmış bir videoda bir qadının səsi eşidilir: “Elə bil, yenidən doğulduq”. Sovet İttifaqının 1991-ci ildə çöküşündən sonra Rusiya aviasiya sənayesinin təhlükəsizliyi kəskin tənqid olunub. Ancaq son illər bir çox təyyarələrin yenilənməsi alqışlanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru