KXDR daha Cənubi Koreya ilə hər hansı danışıqlar aparmayacaq

16-08-2019, 07:37           
KXDR daha Cənubi Koreya ilə hər hansı danışıqlar aparmayacaq
Koreya Xalq Demokratik Respublikası (KXDR) daha Cənubi Koreyayla hər hansı danışıqlar aparmaq niyyətində deyil.

"Report"un RİA "Novosti"yə istinadən məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Şimali Koreyanın Vətənin Sülhlə Birləşməsi üzrə Komitəsinin nümayəndəsi Cənubi Koreya prezidenti Mun Çje İnin Koreyanın azad olması Günü münasibəti ilə çıxışından sonra qarşı tərəfi tənqid edib və bildirib ki, rəsmi Pxenyan yenə Cənubi Koreya hökuməti ilə danışıqlar masasına əyləşmək niyyətində deyil.

KXDR nümayəndəsi iddia edib ki, Cənubi Koreya hakimiyyəti Koreya Xalq Demokratik Respublikası və ABŞ arasında gələcək danışıqların hesabına balıq ovu əldə etmək istəyir.

"Onların belə mühakiməsiz arzulardan tez imtina etmələri daha yaxşı olardı", - deyə KXDR rəsmisinin şərhində bildirilir.

Şimali Koreya Komitəsinin nümayəndəsi həmçinin vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya hakimiyyəti ilə daha heç bir mövzuda danışmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru