Dünyanın ən sürətli kompüteri hazırlanır

16-08-2019, 08:33           
Dünyanın ən sürətli kompüteri hazırlanır
Cray” superkompüter istehsalçısı və ABŞ Energetika Nazirliyi arasında 600 milyon dollar dəyərində “El Capitan” adlı dünyanın ən sürətli superkompüterinin hazırlanmasına dair saziş imzalanıb.

Qurğunun hazırlanmasında, həmçinin ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) və Lourens adına Livermor Milli Laboratoriyası (LLNL) iştirak edəcək.

“El Capitan” məhsuldarlığı bir ekzaflopsu üstələyəcək ilk qurğu olacaq. Belə ki, o, saniyədə bir kvintilyon əməliyyat yerinə yetirəcək. Sistem “ClusterStor” məlumat saxlama sistemli və “Slingshot” daxili bağlantı texnologiyalı yeni “Cray Shasta” arxitekturası əsasında qurulacaq. Superkompüterdən ABŞ nüvə arsenalının idarəetməsi üçün istifadə planlaşdırılır.

Məlumata görə, “El Capitan”, məsələn, milli təhlükəsizliyə təhdidlərin yaranması hallarının və nüvə silahının idarəetməsi ilə əlaqədar digər vəzifələrin operativ qiymətləndirilməsi üçün tətbiq ediləcək. O, Lourens adına Livermor Milli Laboratoriyasında yerləşən “Sequoia” sistemindən 50 dəfə və gücünə görə ikinci olan “Sierra” superkompüterindən 10 dəfə sürətli işləyəcək.

“El Capitan” superkompüterinin 2023-cü ildə istifadəyə veriləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru