Amerikanın Nyu-York ştatında yüngülmühərrikli "Cessna 303" tipli təyyarə yaşayış evinin üzərinə düşüb.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Federal Aviasiya İdarəsinə istinadən ABC məlumat yayıb.
Bildirilir ki, təyyarə ABŞ-ın Pokipsi şəhəri yaxınlığında yerə düşüb, onun göyərtəsində 3 nəfər olub. Onlardan biri ölüb. Təyyarənin üzərinə düşdüyü evdə 30 yaşlı qadın (o, xəsarət almayıb), ciddi xəsarət alan 21 yaşlı qız və hazırda itkin düşmüş hesab edilən kişi olub.