Merkel: "Almaniya Brexit-lə bağlı hər hansı nəticəyə hazırdır"

19-08-2019, 00:00           
Merkel: "Almaniya Brexit-lə bağlı hər hansı nəticəyə hazırdır"
Almaniya kansleri Angela Merkel Britaniyanın Avropa İttifaqından çıxmasını müzakirə etmək üçün bu həftənin çərşənbə günü Britaniyanın baş naziri Boris Consonla görüşəcəyini bildirib.

Merkel rəsmi Berlinin müqavilə olmadan da baş verəcək Brexit prosesinə hazır olduğunu əlavə edib.

Boris Conson Avropa İttifaqı liderlərini Brexit danışıqlarına başlamağa razı salmağa çalışır. Bu baş verməsə, birliyin ikinci ən böyük üzvünün oktyabrın 31-də müqaviləsiz çıxışı kimi perspektiv gözlənilir. Britaniyanın birlikdən çıxışının yarada biləcəyi iqtisadi nəticələrlə bağlı ciddi narahatlıqlar mövcuddur.

“Biz hər hansı bir nəticəyə hazırıq, bunu deyə bilərik. Hətta müqaviləsiz nəticəyə də. Amma bütün hallarda mən danışıqların son gününə qədər həll tapmağa çalışacam” – deyə, kansler Merkel bildirib.

“Mən hesab edirəm ki, müqavilə ilə çıxış müqaviləsiz çıxışdan daha yaxşıdır. Amma əgər bu, mümkün deyilsə, biz alternativə də hazırıq”, Merkel əlavə edib.

The Sunday Telegraph qəzetinin verdiyi məlumata əsasən, Conson Merkelə Britaniya parlamentinin Brexit-i dayandıra bilməyəcəyini deyəcəyi gözlənilir. (amerikaninsesi.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru