İngilislər indi də Nigeriyanı belə soyurlar - London məhkəməsindən soyğunçu qərar

19-08-2019, 00:01           
İngilislər indi də Nigeriyanı belə soyurlar - London məhkəməsindən soyğunçu qərar
Nigeriya hökuməti Britaniyanın “Process & Industrial Development Limited” (P&ID) şirkətinə yerinə yetirilməmiş müqaviləyə görə 9 milyard dollar ödəməlidir.

Bu barədə London Yüksək Məhkəməsi qərar verib. Həmin məbləğ Nigeriyanın 2019-cu il üçün dövlət büdcəsinin gəlirlərinin üçdə birini təşkil edir.

Məsələ belədir ki, 10 il əvvəl Nigeriya hökuməti həmin şirkətlə təbii qaz yatağında hasilata dair 20 illik müqavilə bağlayıb. Amma müqavilə üzrə demək olar heç bir iş görməyib. 2012-ci ilin yayında şirkət London məhkəməsinə müraciət edib. Məhkəmə şirkəti haqlı sayıb və Nigeriya hökumətinin 6.6 milyard dollar təzminat ödəməli olduğu haqda qərar çıxarıb. Lakin Nigeriya hökuməti qərarla razılaşmayaarq apellyasiya verib, nəhayət yüksək məhkəmə qərarı qüvvədə saxlayıb və həmin vaxtdan bəri hesablanmış faizləri də üstünə gələrək məbləği 9 milyard dollara çıxarıb.

Yəni, yüz illər müstəmlələ edərək taladıqları Nigeriyanı ingilislər indi də belə soyurlar. azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.